Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cavidan Novruz serialdan uzaqlaşdırıldı - FOTOlar

Cavidan Novruz serialdan uzaqlaşdırıldı - FOTOlar

Tarix: 23 Avqust 2021 15:35

Aktyor Cavidan Novruz bir müddət əvvəl "Fəryad 2" filmində rol alacağı ilə bağlı paylaşım etmişdi.

Axşam.az-ın əldə etdiyi məlumata görə, o, ekran işindən uzaqlaşdırılıb. Aktyor Hikmət Rəhimov isə sözügedən ekran işinə dəvət olunub.

Bundan əvvəl H.Rəhimov "Xəzər" telekanalında yayımlanan "Ata ocağı" serialına dəvət alıb. Bir neçə gün çəkilişlərə qatılan sənətçi film çəkilişi ilə bağlı vaxtının olmadığını bildirib. Serialın yaradıcı heyəti H.Rəhimovla iş birliyini bitirib. Onun yerinə isə aktyor Cavidan Novruz dəvət olunub. Amma Cavidanın burada da bəxti gətirməyib və o, layihədən kənarlaşdırılıb.

Cavidanın yerinə isə "Ata ocağı"na aktyor Yasin Həzirə dəvət edilib.

Milli.Az


Etiketlər:  Cavidan Novruz serialdan uzaqlaşdırıldı FOTOlar


RƏYLƏR