Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2021 17:50
95 yaşlı II Yelizavetanın 36 yaşlı nəvəsi şahzadə Harri və 40 yaşlı gəlini Meqan Marklla münasibəti pisləşib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Harri xanımı ilə birlikdə Böyük Britaniyanı tərk etdiyi ərəfədə şahzadə onlara dəstək durmuş, sarayın qapısının hər zaman onların üzünə açıq olduğunu demişdi.
II Yelizavetanın qəzəbinə cütlüyün verdiyi qalmaqallı müsahibə səbəb olub. "The Sun"ın yaydığı məlumata görə, II Yelizaveta nəvəsi və gəlinini məhkəməyə verməyə hazırlaşır. Buna səbəb onların kral ailəsi ilə bağlı tənqidi açıqlamalarıdır. Şahzadə hesab edir ki, bu müsahibələr onları nüfuzdan salır.
"Hazırda kral ailəsinin nümayəndələri vəkil axtarışındadır. Harri və Meqanın bir daha ailəsi haqda qalmaqallı danışmasına qadağa qoyulacaq" deyə, mənbə bildirib.
Bukinqem sarayı məsələ ilə bağlı sualları cavabsız qoyub. Onlar xəbəri təsdiq etməsə də, inkar da etməyib.