Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş nazirin keçmiş müavini Abid Şərifov - 81 yaşlı məmur 3500 manat pensiya alır

Baş nazirin keçmiş müavini Abid Şərifov -  81 yaşlı məmur 3500 manat pensiya alır

Tarix: 23 Avqust 2021 18:26

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi...

İndi isə unudulanlar siyahısındadılar. Onlardan bəziləri xaricdə yaşayır. İndi də iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Sonxeber.net lent.az-a istinadən vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihədə bu dəfə baş nazirin sabiq müavini Abid Şərifovdan bəhs edilir.

Abid Qoca oğlu Şərifov 1940-cı il yanvarın 6-da Şəki şəhərində anadan olub. O, 1947-ci ildə Şəki şəhər 10 saylı orta məktəbin 1-ci sinfinə gedərək, orta təhsilini 1957-ci ildə həmin məktəbdə başa vurub. Həmin il Azərbaycan Dövlət Politexnik İnstitutunun "İnşaat" fakütəsinə daxil olub, 1962-ci ildə institutu "İnşaat mühəndisi" ixtisası üzrə bitirib. Gənc mütəxəssis kimi "Bakıbaştikinti" idarəsinə təyinat alan Abid Şərifov 2 saylı trestin 25 nömrəli tikinti idarəsində tikinti ustası vəzifəsində əmək fəaliyyətinə başlayıb, 1971-ci ilə qədər həmin idarədə böyük iş icraçısı işləyib. 1971-ci ildən isə "Bakısosialmədəntikinti" trestinin 9 nömrəli tikinti idarəsində istehsalat şöbəsinin rəisi, sonra baş mühəndis kimi fəaliyyətini davam edib. 1972-ci ildə "Bakıbaştikinti" idarəsinin 23 nömrəli tikinti idarəsinin müdiri vəzifəsinə təyin olunub. A. Şərifov 1980-ci ildə SSRİ Nəqliyyat və Tikinti Nazirliyinin "Azərnəqliyyattikinti" trestinin rəisi vəzifəsinə təyin edilib.

1988-ci ildə SSRİ Nəqliyyat Tikinti Nazirliyinin qərarı ilə 6 nömrəli Yol Tikinti trestinin "Yollayihə" institutu bir neçə başqa müəssisə ilə birləşdirməklə "Azərnəqliyyattikinti" trestinin bazasında "Azərnəqliyyatyoltikinti" Layihə-Sənaye Tikinti Birliyinə çevrilib və Abid Şərifov həmin birliyin rəisi vəzifəsinə təyin olunub. 1992-ci ildə A. Şərifov "Azərnəqliyyattikinti" Layihə-Sənaye Birliyinin rəisi vəzifəsinə təyin olunub, 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə respublikada tanınmış tikinti-inşaat mütəxəssisi olan Abid Şərifov Azərbaycan Respublikasının Baş nazirinin müavini vəzifəsinə təyin edilib.

Abid Şərifov Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ilə bir neçə Dövlət Komissiyalarına başçılıq edib. Fövqəladə hallar üzrə (1995-2006-cı illərdə), Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpa olunması və yenidən qurulması, Yol Hərəkətinin Təhlükəsizliyi, Azərbaycan Respublikası ilə Türkiyə, Yaponiya, Çin və Bolqarıstan dövlətləri arasında iqtisadi əməkdaşlıq üzrə, Nazirlər Kabineti yanında Radiotezliklər üzrə və Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyalarının sədri, İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə Dövlət Komissiyasının sədr müavini olaraq çalışıb.

Abid Şərifov 20 iyul 1995-cü ildən 21 aprel 2018-ci ilə qədər Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışıb. Hazırda 3500 manat pensiya alır. Evlidir, 2 övladı, 4 nəvəsi, 2 nəticəsi var.


Etiketlər:  Baş nazirin keçmiş müavini Abid Şərifov yaşlı məmur 3500 manat pensiya alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ