Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2021 20:56
"Pentaqon ABŞ və Əfqanıstan vətəndaşlarının Kabildən çıxarılması əməliyyatı üçün Ağ Evdən əlavə qüvvələr istəməyi planlaşdırmır".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi jurnalistlərə açıqlamasında deyib.
"Düşünürəm ki, hazırkı vəziyyəti qabaqlamamalıyıq. Bu missiya üçün əlavə qüvvələr istəməklə bağlı planlar hələlik yoxdur", - deyə Kirbi qeyd edib.
Pentaqonun məlumatına görə, ABŞ iyulun sonundan bəri Kabildən 42 min nəfəri, son sutkada isə 16 mindən çox adamı çıxarıb.