Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşa döyüşlərində şəhid olan Fərid Seyfullayevin 30 yaşı tamam oldu - VİDEO

Şuşa döyüşlərində şəhid olan Fərid Seyfullayevin 30 yaşı tamam oldu - VİDEO

Tarix: 24 Avqust 2021 14:44

44 günlük haqq savaşımızın qəhrəmanlarından biri də Seyfulayev Fərid Xeyrulla oğludur. Dünən 30 yaşı olan şəhid Fərid Seyfulayev 1991-ci ildə Xaçmaz rayonunun Hacıqubanoba kəndində anadan olub. Uşaq yaşlarından idmana maraq göstərən Fərid həm də vətənpərvər olması ilə həmyaşıdlarından seçilib. Hərb sənətinə bağlı olan qəhrəman hərbi xidmətdən qayıtdıqdan sonra yenidən ordu sıralarına qayıtmaq qərarına gəlir. 2016-cı ildə müddətdən artıq hərbi qulluqçu kimi Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrində xidmətə başlayır.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, Vətən müharibəsi başlayan gündən savaşa qatılan Fərid Seyfullayev Füzulidən Şuşaya qədər uzanan döyüş yolu keçib. Düşmənin çoxlu sayda canlı qüvvəsi və texnikasını məhv edib. 2020-ci il noyabr ayının 6-da şiddətli Şuşa döyüşü zamanı şəhadətə yüksəlib.

Yaxınları Fəridin yoxluğu ilə barışa bilməsə də onun müqəddəs amal uğrunda şəhid olması ilə qurur duyduqlarını deyirlər.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətinə görə, Seyfulayev Fərid Xeyrulla oğlu ölümündən sonra Vətən uğrunda, Füzuli və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib. doğum günündə qəhrəman şəhidimizin məzarı ziyarət olundu, xatirəsi ehtiramla yad olundu.

Milli.Az


Etiketlər:  Şuşa döyüşlərində şəhid olan Fərid Seyfullayevin 30 yaşı tamam oldu VİDEO


RƏYLƏR