Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibə əlili sığorta pulunu ala bilmir - VİDEO

Müharibə əlili sığorta pulunu ala bilmir - VİDEO

Tarix: 24 Avqust 2021 14:52

İkinci qrup Qarabağ müharibəsi əlili sığorta pulunu ala bilmir.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı sakini Yaşar Cəfərov deyir ki, birinci Qarabağ döyüşləri zamanı bədəninin bir neçə nahiyyəsindən qəlpə yarası alıb və əlil olub.

O, xəstəliyi üzündən hərbi qulluqçulara ödənilməli olan  sığorta ödənişini almaq üçün Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edib. Amma həmin şirkət 6600 manat sığorta pulunu ödəməyib.

Nəsimi rayon məhkəməsi Yaşar Cəfərova həmin pulun ödənilməsi ilə bağlı qətnamə verib. Hətta məhkəmə 2-ci qrup əlilə pulun ödənilməsini təmin etmək üçün işi Binəqədi rayon icra və probasiya şöbəsinə göndərib. 

Məsələ ilə bağlı Binəqədi rayon icra və probasiya şöbəsinin rəisi İlham Həsənov "Xəzər Xəbər"ə bildirib ki, bu işlə bağlı 900-ə qədər icra sənədi var. Yaxın vaxtlarda dövlət səviyyəsində qərar veriləcək və ödənişlər olunacaq. İlham Həsənov onu da əlavə edib ki, ötən il də 873 nəfər Qarabağ əlilinə sığorta ödənişinin verilməsi ilə bağlı dövlət səviyyəsində qərar verildi və onların ödənişi həyata keçirildi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Müharibə əlili sığorta pulunu bilmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ