Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 20:20
Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub.
Sonxeber.net apasport.az-a istinadən xəbər evrir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub.
Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib.
Cütlük şad gününü Kiyev vilayətində qeyd edib. Onlar yaxınlarını "Şilin" istirahət mərkəzinə toplayıb. Onlar toyun ardınca bal ayı üçün Yunanıstanın Krit adasına yollanıblar.
Qeyd edək ki, Yakimçuk karyerası ərzində "Kruq Çerkassı" (2008/09), "Lokomotiv Biləcəri" (2012/13), "Monako" (2014/15, 2015/16) və "Makkabi Hadera Hafer"də (2017/18, 2018/19) çıxış edib.