Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SON DƏQİQƏ - Azərbaycanlı oliqarxın oğlu saxlanıldı - VİDEO

SON DƏQİQƏ - Azərbaycanlı oliqarxın oğlu saxlanıldı - VİDEO

Tarix: 25 Avqust 2021 14:28

Moskvanın "Vnukovo" hava limanında iş adamı Mehrac Babayevin oğlu Ziya Babayev saxlanılıb. İstanbuldan Moskvaya gəlmiş Z.Babayev gizli yolla Rusiyaya 36 milyon rubl (təxminən 500 min ABŞ dolları) dəyərində qızıl-zinət əşyaları gətirməkdə şübhəli bilinir.

Milli.Az xəbər verir ki, Ziya Babayev 2009-cu ildə İsveçrədə azərbaycanlı iş adamı Telman İsmayılovun oğulları ilə idman avtomobilində şütüyərkən yerli sakinin maşını ilə qəza törətməsindən sonra məşhurlaşıb. Qəza nəticəsində xəsarət almış isveçrəli reanimasiyaya çatdırılıb, lakin iş məhkəməyə qədər gedib çıxmayıb.

Qeyd edək ki, Mehrac Babayev Azərbaycan prezidentinin keçmiş köməkçisi Əli Həsənovun yaxın dostu sayılan tanınmış tikinti maqnatıdır. Xüsusilə, Babayevin tikinti şirkəti Bakıda məşhur "Jurnalistlər üçün Evlər" tikdirib.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  DƏQİQƏ Azərbaycanlı oliqarxın oğlu saxlanıldı VİDEO


RƏYLƏR