Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 16:50
Rusiyanın Omsk vilayətinin Yaman kəndində yaşayan azərbaycanlı fermer Təbriz Allahyarov ingilis cinsindən olan 300 inək və səkkiz dəvə yetişdirməklə diqqət mərkəzinə düşüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Vesti-omsk" Təbrizin təsərrüfatından reportaj hazırlayıb.
Azərbaycanlı fermer bildirib ki, iki il ərzində inəklərin sayını 300-ə qədər çoxalda bilib.
Reportajda qeyd olunur ki, Sibirə köçmüş T.Allahyarov qısa müddət ərzində böyütdüyü inəklərin ətini artıq böyük şəhərlərdə satışa çıxarır.
T. Allahyarov çəkiliş heyətinə saxladığı dəvələri də nümayiş etdirib.
Süjetdə qeyd olunur ki, dəvələr artıq yerli iqlimə tam adaptasiya olunublar və anomal istilərlə bərabər sərt Sibir qışına da uyğunlaşa biliblər.