Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 12:10
"Hazırda COVID-19 virusunun yeni dalğasının tam ortasındayıq. Koronavirus dalğaları başladığı müddətdən 2-3 həftə ərzində pik həddə çatır. 10 gün pik həddində davam etdikdən sonra yenidən düşüşə keçir".
Sonxeber.net xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Real TV"-yə açıqlamasında deyib.
O əlavə edib ki, sentyabr ayının ortalarından müsbət epidemioloji rəqəmlərlə rastlaşmağa başlanılacaq.