Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantini pozan yas mərasimi aşkarlandı

Karantini pozan yas mərasimi aşkarlandı

Tarix: 26 Avqust 2021 13:58

Saatlı rayonunda karantin qaydalarının pozulduğu yas mərasimi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd kənd Vasif Seyfullayevin fərdi yaşayış evinin həyətində yas mərasimi aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibi ilə izahedici söhbətlər aparılıb və həmin şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.

Milli.Az


Etiketlər:  Karantini pozan mərasimi aşkarlandı


RƏYLƏR