Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 16:48
Rusiyanın Yekaterinburq şəhərində polis azərbaycanlıların yas məclisini dağıdıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, şəhərin Çkalov küçəsi 231 ünvanına yığışan azərbaycanlılar mərhum həmyerlilərinin 7 mərasimini qeyd etmək istəyiblər.
Amma hadisə yerinə gələn polislər buna imkan verməyib, mərasimə gələn kişiləri asfaltın üzərinə uzadıb diz çökdürüblər.
Polisdən bildirilib ki, onlar hadisə yerinə yerli sakinlərdən birinin insanların kütləvi toplaşması barədə zəngindən sonra gəliblər. Mərasimə yığışanların sənədləri yoxlanandan sonra sərbəst buraxılıb.