Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sosial dövlətin Azərbaycan modeli

Sosial dövlətin Azərbaycan modeli

Tarix: 26 Avqust 2021 16:56

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, ehtiyacı olan vətəndaşının problemlərini həll etməkdir. Bu gün də artıq tam əminliklə demək olar ki, Azərbaycan tək regionda deyil, bölgədə sosial dövlət funksiyasını uğurla həyata keçirə bilən tək-tük ölkələrdən biridir. Dövlətin illər uzunu əsas prioroteti məhz əhalinin sosial rifah halını ən yüksək səviyyəyə çatdırmaq, dünyanın inkişaf etmiş dövlətinə çevrilmək, sosial rifah dövləti mərtəbəsinə yüksəltmək olub. Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülüb. Onu demək kifayətdir ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib, bu il 3 minə yaxın mənzil veriləcək və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq. Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə də bunu bir daha bəyan edib. Qeyd edib ki, tək onlara verilən maşınların sayı 7 mini ötüb. Vətəndaşlara bütün şəraitə malik gözəl yaşayış kompleksləri işa edilib, istifadəyə verilib.

Dövlət başçısının da qeyd ediyi kimi, bu sahədə Azərbaycanın dünya miqyasında nümunəvi ölkəyə çevrilib. "Hər il il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayırırıq ki, bu məsələlər öz həllini tapsın və növbəti müddət ərzində bu proqram tam icra olunacaq". Ən əsası İkinci Qarabağ Müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək, bu istiqamətdə müvafiq sərəncam da imzalanıb. Və Vətən Müharibəsi Qəhrəmanı adı alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar. BUndan əlavə, müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana iki ödəniş edilib. 

Bu da bir daha Azərbaycanın yürütdüyü siyasətin məqsədyönlü, uğurlu olduğundan xəbər verir. Ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, sosial müdafiəyə ehtiyacı olan hər bir vətəndaşın probleminin həllinə biganə qalınmır. Və ən əsası, dövlət başçısının da dediyi kimi, böyük vəsait tələb edən bütün bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir. O cümlədən, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur. Ən əsası bu siyasət və proqramlar bundan sonra da davam etdiriləcək.

Kamran Seyidov


Etiketlər:  Sosial dövlətin Azərbaycan modeli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ