Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Olimpiyaçılarımızın edə bilmədiklərini paralimpiyaçılarımız etdilər - 3 qızıl, 1 bürünc medal

Olimpiyaçılarımızın edə bilmədiklərini paralimpiyaçılarımız etdilər - 3 qızıl, 1 bürünc medal

Tarix: 27 Avqust 2021 12:44

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında üçüncü qızıl medalını qazanıb.

Milli.Az bildirir ki, yığmamızın heyətində Vüqar Şirinli çempionluq sevinci yaşayıb.

O, 1/4 finalda türkiyəli Recep Ciftçi ilə üz-üzə gəlib. Debütdə qələbə qazanan təmsilçimiz yarımfinal görüşünü də aktivinə yazıb. Şirinli rumıniyalı Aleks Boloqa qalib gəlib.

Təmsilçimiz finalda qazaxıstanlı Anuar Sarıyevlə güləşib və qələbə sayəsində yarışın qalibi adına yiyələnib.

***

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyaraq, birincilik qazanıb.

***

Azərbaycan Tokioda keçirilən Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

Paracüdoçumuz Şəhanə Hacıyevanın çıxışı uğurlu alınıb. Yaponiyalı Şizuku Hanqai, daha sonra Viktoriya Potapovaya (Rusiya) qalib gələn həmyerlimiz finala yüksəlib.

O, çempionluq döyüşündə fransalı Sandrin Martinlə qarşılaşıb və qələbə qazanıb. Bununla da, Azərbaycan millisinin paralimpiadada ilk qızıl medalı rəsmiləşib.

Xatırladaq ki, bundan əvvəl azərbaycanlı pauerliftinqçi Pərvin Məmmədov bürünc medal qazanmışdı.

Milli.Az


Etiketlər:  Olimpiyaçılarımızın edə bilmədiklərini paralimpiyaçılarımız etdilər 3 qızıl 1 bürünc medal


RƏYLƏR