Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da yeni Azərbaycan diaspor təşkilatı yaradıldı

ABŞ-da yeni Azərbaycan diaspor təşkilatı yaradıldı

Tarix: 27 Avqust 2021 15:14

ABŞ-da yeni Azərbaycan diaspor təşkilatı yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Kamran Qarayev və Əsmər Hüseynovanın birgə təşəbbüsü ilə ABŞ-ın Yuta Ştatında fəaliyyət göstərən "Yuta-Azərbaycan Dostluq Təşkilatı" rəsmi qeydiyyatdan keçib.

Bu barədə Yuta Ticarət Nazirliyinin korporasiya və kommersiya kodeksi şöbəsinin direktoru Li Veylettin Yuta-Azərbaycan Dostluq Təşkilatına ünvanladığı məktubda bildirilib ki, təşkilat Yuta Ştatının qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxs qismində qeydə alınıb.

Qeyd edək ki, yeni təşkilatın rəhbəri Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yuta-Azərbaycan İcmasının nümayəndəsi Əsmər Hüseynovadır.


Etiketlər:  ABŞ yeni Azərbaycan diaspor təşkilatı yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ