Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəri xəstəliklərindən əziyyət çəkirsinizsə...

Dəri xəstəliklərindən əziyyət çəkirsinizsə...

Tarix: 16 Avqust 2019 14:00

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə bütün növ dəri xəstəliklərini müalicə edən, estetik gözəlliyi qoruyub saxlamağa kömək edən yüksəkixtisaslı həkim dermatoveneroloq Dr. Sevinc Kərimovanı təqdim edirik.

20 ildən artıq müddətdə dəri xəstəliklərinin müalicəsi ilə məşğul olan Dr. Sevinc Kərimovanın iştirakı ilə Mərkəzi Gömrük Hospitalında allergik dermatit və dermatozlar, ekzema, psoriaz, demodekoz, müxtəlif etiologiyalı dəmrovlar, acne vulqaris, ocaqlı alopesiyalar, döyənəklər, dərinin, dırnağın və saçların göbələk xəstəlikləri, zöhrəvi xəstəliklər - xlamidioz, mikoplazma, ureaplazmoz, qonoreya, trixomoniaz, herpes və digər zöhrəvi xəstəliklərin müasir üsullarla diaqnostikası və müalicəsi həyata keçirilir. Həmçinin, viruslu ziyillər, ət xalları adlandırdığımız papilloma, epitelioma, bazalioma və s. dəri törəmələrinin kriodestruksiya üsulu ilə ağrısız, fəsadsız götürülməsi prosedurları icra edilir.

Dr. Sevinc Kərimova 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1992-1993-cü illərdə Mərkəzi Hövzə xəstəxanasında internatura keçmişdir. 1996-2009-cu illərdə Dövlət tibb müəssisəsində həkim-dermatoveneroloq kimi çalışıb. Dr.Sevinc Kərimova 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim-dermatoveneroloq işləyir.

Dr. Sevinc Kərimova öz üzərində çalışan, dünya alimlərinin tibb sahəsində qazandığı nailiyyətlərdən öz təcrübəsində yararlanan həkimdir. Müxtəlif illərdə dünyanın müxtəlif ölkələrində keçirilən konfrans və seminarlarda iştirak edərək ixtisasını artırır. 2009-cu ildə o, Avstriyanın Zalzburq şəhərində "Dəri-zöhrəvi xəstəliklərin müasir diaqnostika və müalicəsi" kursu keçmiş, 2013-cü ildə Şotlandiyanın Edinburq şəhərində "Dəri xəstəliklərində müasir patomorfoloji tədqiqatlar" üzrə seminarda, 2014-cü ildə İtaliyanın Florensiya şəhərində “Dermatologiya və kosmetologiyada lazer aparatlarının tətbiqi” kursu, 2017-ci ildə Avstriyanın Vyana şəhərində "Molekulyar diaqnostika" kursu keçmişdir. 2019-cu il aprelin 24-dən 28-nə qədər Türkiyənin İstanbul şəhərində keçirilən İDEA 2019 – Beynəlxalq Dermatopatoloji Estetik Akademiyasının konqresində iştirak etmişdir.

Dr.Sevinc Kərimova Türk Dermotoloji dərnəyinin, Avropa Asiya Dermotoloqlar cəmiyyətinin və Rusiya Dermotoloji dərnəyinin üzvüdür.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/sevinc-kerimova

Dr. Sevinc Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.


Etiketlər:  Dəri xəstəliklərindən əziyyət çəkirsinizsə

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR


OXŞAR XƏBƏRLƏR



RƏYLƏR


Populyar Xəbərlər

XƏBƏR LENTİ