Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tesla antropomorf “Tesla Bot” robotu yaradacaq

Tesla antropomorf “Tesla Bot” robotu yaradacaq

Tarix: 28 Avqust 2021 22:20

Tesla şirkəti özünün hazırladığı "Tesla Bot" humanoid robotunun (insana bənzər) yaratdığını açıqlayıb. Süni intellekt (Sİ) ilə təchiz edilmiş prototip modeli 2022-ci ildə görünəcək. Robot Tesla şirkətinin elektrikli avtomobillərində istifadə olunan sensorlar dəsti ilə təchiz ediləcək.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, şirkət rəhbəri İlon Mask, yeni məhsulların təqdimatında çıxışı zamanı bildirdiyi kimi, robotun boyu 172 santimetr, çəkisi isə təxminən 56 kiloqram olacaq. Robotun üz hissəsinin yerində məlumatları əks etdirəcək bir ekran olacaq, qolları və ayaqları xüsusi 40 ötürücü ilə idarə olunacaq. Maskın sözlərinə görə, robot gündəlik həyatda faydalı olacaq, məsələn, mağazaya gedib müxtəlif əşyalar gətirə biləcək.

"Deyerler.org"

Milli.Az


Etiketlər:  Tesla antropomorf Tesla Bot robotu yaradacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ