Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona"dan ayrıldı, bu kluba keçdi

Tarix: 29 Avqust 2021 15:40

"Barselona"dan ayrılan Oriol Buskets karyerasını Fransada davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi "Klermon"a keçib. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Busketslə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan ispan futbolçunun Kataloniya klubu ilə müqaviləsi başa çatıb və o, "Klermon"a azad agent kimi keçib.

Milli.Az


Etiketlər:  Barselonadan ayrıldı bu kluba keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ