Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldunun səs yazısı yayıldı: Həm “Siti”, həm “Yunayted”...

Ronaldunun səs yazısı yayıldı: Həm “Siti”, həm “Yunayted”...

Tarix: 29 Avqust 2021 17:30

"Futimas" adlı tvitter səhifəsində Kriştianu Ronaldunun "Mançester Yunayted"ə keçməsindən bir neçə saat öncə onun göndərdiyi səs yazısını yayıb.

Milli.Az offsideplus.az-a istinadla xəbər verir ki, portuqaliya ulduz bunları deyib:

"Bu gün və ya sabah hər şey həll olunacaq. Həm "Siti", həm də "Yunayted" məni istəyir".

Həmçinin, futbolçu danışdığı şəxsdən yaxın dostu Brunu Alveşin "Nasyonal"a keçidinə kömək etməsini xahiş edib.

Qeyd edək ki, avqustun 27-də "Mançester Yunayted" Kriştianu Ronaldunun transferini açıqlayıb. Məlumata əsasən, İngiltərə təmsilçisi bu keçidə görə "Yuventus"a 20 milyon avro ödəyəcək. 

Milli.Az


Etiketlər:  Ronaldunun səs yazısı yayıldı Həm Siti həm Yunayted


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ