Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elin nur üzlü şəhidi - VİDEO

Elin nur üzlü şəhidi - VİDEO

Tarix: 30 Avqust 2021 14:38

Dünən şəhid Elnur İbrahimovun doğum günü idi

Milli.Az Real TV-ə istinadən bildirir ki, dünən Vətən müharibəsində şücaət göstərərək, qəhrəmancasına şəhid olan Elnur Dönməz oğlu İbrahimovun doğum günü idi. Elnur İbrahimov 1998-ci il, avqustun 29 da Qaradağ rayonunun Ələt qəsəbəsində doğulub. 23 yaşı tamam olan Elnur ailənin tək oğludur. Daim vətənə sevgisi ilə seçilən Elnuru Məhz bu sevgi hərbiyə yönəldib. Dövlət Sərhəd Xidmətininin giziri olan Elnur Vətən müharibisə zamanı könüllü olaraq xüsusi təyinatlı dəstələrə qoşulub.

Dünən həm də qəhraman şəhidin doğum günü münasibəti ilə böyüdüyü Ələt qəsəbəsində "Bakı beynəlxalq dəniz Liman" Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə kiçik park və bulaq istifadəyə verildi. Bulağın açılışında şəhidin ailə üzvləri, yaxınları, rayon ictimaiyyəti, Bakı Limanının, Qaradağ rayon icra nümayəndələri, qazilər və şəhid anaları iştirak etdilər. Mərasim dövlət himninin səsləndirilməsi ilə başladı, daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Qəhraman şəhidimiz Elnurun xatirəsi ehtiramla yad edildi, nümayəndəliklər adından əklil və güllər düzüldü. Çıxışlarda Elnurun qəhrəmanlığından, şəhidlərimizin igidliklərindən bəhs etdilər.

Qeyd edək ki, Elnur İbrahimov ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə","Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Elin üzlü şəhidi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ