Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada kiberhücumların sayı artıb

Dünyada kiberhücumların sayı artıb

Tarix: 30 Avqust 2021 15:32

Bu ilin II rübündə qlobal miqyasda kiberhücumların sayında I rübə nisbətən 0,3%, təşkilatlara edilən maliyyə hücumlarında isə 16% artım qeydə alınıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Positive Technologies" şirkətinin dərc etdiyi araşdırmada deyilir.

Bildirilir ki, pul tələb edən proqram hücumlarının artması ilə əlaqədar kompüterlərin, serverlərin və şəbəkə avadanlıqlarının təhdidinə yönələn hücumların payı 71%-dən 87%-ə, maddi qazanc motivi ilə edilən hücumların payı isə 43%-dən 59%-ə yüksəlib. Əksər hallarda kibercinayətkarlar tərəfindən tibb və dövlət qurumlarına, eləcə də sənaye sektoruna hücumlar təşkil olunub.

Şirkətin məlumata görə, təşkilatlara yönələn bütün hücumlar arasında dövlət qurumlarına edilən hücumların payı 12%-dən 20%-ə yüksəlib. I rüblə müqayisədə zərərli proqram təminatı ilə edilən dələduzluq halları 63%-dən 76%-ə yüksəlib. Hücumların 73%-i şifrləyicilərin, 16%-i isə uzaqdan idarə etmək üçün istifadə olunan zərərli proqramların payına düşüb. Zərərli proqramlardan istifadə olunaraq sənaye müəssisələrinə edilən hücumların payı 6 faiz bəndi artaraq 73%-ə çatıb.

Fərdi şəxslərə yönələn insidentlərin payı I rübün səviyyəsində qalaraq 12% təşkil edib. Fərdlərə edilən hücumlarda dələduzlar daha çox məlumat əldəetmə motivini rəhbər tutublar. Bu növ hücumların sayı 2021-ci ilin II rübündə 9 faiz bəndi artaraq 78%-ə çatıb, oğurlanan ödəniş məlumatlarının həcmi isə iki dəfədən çox artıb.


Etiketlər:  Dünyada kiberhücumların sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ