Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya azərbaycanlı yumoristi ömürlük deportasiya etdi - FOTO

Rusiya azərbaycanlı yumoristi ömürlük deportasiya etdi - FOTO

Tarix: 31 Avqust 2021 08:12

Rusiya Daxili İşlər Nazirliyi Azərbaycan əsilli Belarus vətəndaşı, "stand up" ustası İdrak Mirzəlizadəni "ömürlük arzuolunmaz şəxs" elan edib və onun Rusiyadan deportasiyası haqda məhkəmə hökmü çıxarılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ruslarla bağlı zarafatına görə 10 gün inzibati həbsə məhkum edilən yumoristlə bağlı qərarı Rusiya DİN belə şərh edib:

"İctimai çıxışında İdrak Mirzəlizadə, ruslara qarşı nifrət və düşmənçiliyi qızışdıran, insan ləyaqətini alçaldan ifadələrə yol verib. Bununla əlaqədar olaraq, onun Rusiya Federasiyasında olması ictimai asayişi, başqalarının hüquqlarını və qanuni maraqlarını təhdid edən kimi tanınır. Təqdimat formasından asılı olmayaraq, millətlərarası münasibətlərin sabitliyini pozmağa yönələn ifadələr yolverilməzdir".

Qeyd edilir ki, İdrak Kahin oğlu Mirzəlizadə 2021-ci ilin martında Rusiyada yaşayış icazəsi alıb. O, mart ayındakı yumoristik çıxışı internetdə yayıldıqdan sonra avqustun əvvəlində Moskvanın Taqan rayon məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbs cəzası almışdı. Mirzəlizadə məhkəmədə bildirib ki, onun səsləndirdiyi zarafatlar ksenofobiya xarakteri daşımayıb. Yumorist sərbəst buraxıldıqdan sonra zarafatından inciyən hər kəsdən üzr istəyib.

Milli.Az


Etiketlər:  Rusiya azərbaycanlı yumoristi ömürlük deportasiya etdi FOTO


RƏYLƏR