Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 14:40
Müğənni Manaf Ağayev nəvəsinin doğulmasının 40-cı gününü təntənəli şəkildə qeyd edib.
Sonxeber.net "yenisabah.az"a istinadən xəbər verir ki, keçirilən məclisdə şou-biznes nümayəndələri də iştirak ediblər.
Dəbdəbəli məclisdən paylaşım edən şou əhli Manaf Ağayevə təbriklər yağdırıb.
Lakin keçirilən məclis sosial şəbəkələrdə müzakirəsiz ötüşməyib.
İzləyicilər müğənnini Məhərrəm ayında məclis təşkil etdiyi üçün tənqid atəşinə tutublar.
Xatırladaq ki, sənətçi 2017-ci ildə, Məhərrəm ayının ilk günündə oğluna toy etmişdi.