Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2019 18:21
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov avqustun 30-da Gəncə şəhərində Gəncə və Göygöl rayonlarından olan vətəndaşları qəbul edəcək.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbul saat 11:00-da nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında (ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə-Bakı şossesinin kənarı) keçiriləcək.
Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Goranboy şəhərində Goranboy və Naftalan rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Goranboy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küçəsi, bina 27) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Seymur Bağbanlı), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonları: (050) 235 17 57, (055) 573 17 57), elektron poçt ünvanı: [email protected], [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin