Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2019 18:22
Bakı. Elçin Mehdiyev - Trend:
Regionlarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi işləri çərçivəsində bir neçə kənd, qəsəbə və yaşayış massivləri açılışa tam hazırdır.
"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə bildirilib ki, son tamamlanma aparılan aşağıda adları qeyd edilən məntəqələr çox yaxın zamanda qazla təmin olunacaq. Beləliklə, Ağsu rayonunun Yenikənd və Kəndəxan kəndləri, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yeni yaşayış massivi, Şəmkir rayonunun Qaracəmirli kəndində yeni yaşayış massivi, Ağstafa rayonunun 33-cü məhəlləsi, Lənkəran şəhərinin yeni yaşayış massivi, Lerik rayonunun Peştətük kəndi, İmişli rayonunun Vətəqə qəsəbəsi, Biləsuvar rayonunun Xırmandalı yeni yaşayış massivi, Qobustan şəhərinin yeni yaşayış massivi və Neftçala rayonunun Astanlı kəndində yeni yaşayış massivi qazlaşmaya tam hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, adları çəkilən ərazilərdə qaz təchizatı işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2018-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə 431 saylı fərmanından irəli gələrək həyata keçirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin