Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 20:40
"Ailə qurduqdan sonra həyatım dəyişdi. Amma yoldaşım paylaşımlara müdaxilə etmir. Hər zaman paylaşımıma diqqət edirəm. O da məni dəstəkləyir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Səhər mərkəzi" verilişində deyib. Sənətçi sosial şəbəkədən danışıb. Sevda bildirib ki, İnstaqram paylaşımlarından pul da qazanır:
"Həyat yoldaşım da sosial şəbək istifadəçisidir. Facebook-u daha çox sevir. Bilir ki, İnstaqram işimə aid olan şəbəkədir. Ona görə də dəstəkləyir. Bu yaxınlarda rəsmi Facebook səhifəm oğurlandı. Rəsmi təsdiqlənmişdi və 314 min izləyicim var idi. Bunla məşğul olurlar, qaytarmağa söz veriblər.
Sosial şəbəkə sənin simandır. Burada nə qədər izləyici var. Ona görə də hər zaman nə yayımlayacağıma diqqət etmişəm".
Qeyd edək ki, Sevdanın İnstaqramda 1,6 milyon izləyicisi var.