Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sinovac'' vurduranların NƏZƏRİNƏ - AÇIQLAMA

''Sinovac'' vurduranların NƏZƏRİNƏ - AÇIQLAMA

Tarix: 31 Avqust 2021 23:04

"Sinovac" vurduranların NƏZƏRİNƏ - AÇIQLAMA

Ötən həftə ABŞ höküməti yalnız "Pfizer" vaksinini vurduranların ölkə ərazisinə buraxılacağını açıqlayıb. Təbii ki, bu da insanlarda narahatlığa səbəb olub. Bəs "Pfizer"dən başqa vaksinləri vurduranlar Avropa və digər ölkələrə necə gedəcəklər?

Sonxeber.net sonxeber.az=a istinadən bildirir ki, deputat İlham Məmmədovun dediyinə görə, bəzi ölkələr öz ərazisinə buraxmaq üçün müəyyən bir vaksinin vurulmasını tələb edir:

"Artıq bunu şayiə yox, o ölkənin reallığı, onların öz vaksin strateqiyasında tutduğu mövqedir. Demək olmaz ki, Avropa ölkələrinin hamısı "Pfizer" tələb edir. Səudiyyə Ərəbistanı kimi ölkələrdə Həcc ziyarəti və digər kütləvi tədbirlərin keçirilməsi üçün müəyyən vaksin tələb olunur. Orada da "Sinovac" vaksinini qəbul olunmur. Bildiyim qədər, MDB ölkələri də bizim istifadə etdiyimiz vaksinlərdən istifadə edirlər. MDB məkanında vahid bir koordinasiya var və problem yaranmır. Bu ölkələrə istənilən vaksini vurduranlar gedə bilər.

Lakin bu məsələ pandemiya ilə mübarizədə o qədər də əhəmiyyətli deyil. Əslində pandemiya vaxtı ölkədən kənara çıxmamaq lazımdır. Bilirsiniz ki, yoluxma sayı artıb, hazırda insanlar səyahəti yox, bu bəladan tez bir zamanda qurtulmağı düşünməlidirlər. Əhaliyə müraciət edirik ki, ehtiyac olmadığı halda insanların kütləvi toplaşdığı yerlərə, eləcə də digər ölkələrə getməsinlər".


Etiketlər:  Sinovac vurduranların NƏZƏRİNƏ AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ