Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Whatsapp-da daha bir yenilik

Whatsapp-da daha bir yenilik

Tarix: 31 Avqust 2021 23:12

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və hazırlanan yeni funksiya mesajlar mübadiləsini əhatə edir. Söhbət, mesajlara reaksiyalardan gedir. Facebook-da da olduğu kimi reaksiyalar emojilər vasitəsilə reallaşdırılacaq. Faktiki olaraq istifadəçilər mesajlara başqa tərzdə də reaksiya verə bilirdilər. Bunun üçün sadəcə olaraq müəyyən mesaja cavab olaraq müvafiq emojini göndərmək lazım idi. Lakin bu yeni funksiya sözügedən prosesi daha da sadələşdirəcək.

Instagram, Signal, Twitter, Slack və Messenger kimi servislərdə bu özəllik artıq uzun müddətdir ki, mövcuddur. Bu məsələdə də Whatsapp öz rəqiblərinə çatmağa çalışan təmsilçi rolunda çıxış edir. Mesajlara emojilər vasitəsilə reaksiya funksiyasının növbəti Whatsapp yenilənmələrindən birində aktiv olacağı gözlənilir. Instagram Direct-də olduğu kimi Whatsapp istifadəçiləri də ayrı-ayrı mesajlara emoji reaksiyaları əlavə edə biləcəklər. Bu yeni funksiyanın Whatsapp-da necə görünəcəyi barəsində bir məlumat yoxdur. Görünür, yeni funksiya hələ ilkin hazırlanma mərhələsindədir.

Milli.Az


Etiketlər:  Whatsapp da daha bir yenilik


RƏYLƏR