Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2021 12:44
Vətəndaş COVID-19 pasportu olmadan girişə qadağa qoyulan obyektə daxil olarsa, hansı inzibati tədbirin görüləcəyi məlum olub.
Sonxeber.net xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məsələ ilə bağlı bildirib ki, COVID-19 pasportu olmadan girişə qadağa qoyulan obyektə daxil olan şəxslər həmin məkandan uzaqlaşdırılacaq və həmin müəssisənin inzibatçısı barəsində qanunamüvafiq tədbirlər görüləcək.
Onun sözlərinə görə, vətəndaş barəsində hər hansı tədbir görülməyəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
-ictimai iaşə müəssisələrində;
-mehmanxanalarda;
-iri ticarət mərkəzlərində.