Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zirzəmisi ağcaqanadlara yuva olan bina - VİDEO

Zirzəmisi ağcaqanadlara yuva olan bina - VİDEO

Tarix: 2 Sentyabr 2021 14:24

Elşadə Qasımova... Ömrünün yarıdan çoxunu geridə qoyan Elşadə xala həyətə düşə bilmir və mikrofonumuzu görən kimi pəncərəni açıb, öz etirazını bildirir. Onu həyətə düşməyə qorxudan bir neçə səbəb var. Onu da qeyd edim ki, Elşadə Qasımova kimi bu binada qorxu ilə yaşayanların sayı da az deyil. Amma əvvəla onu deyim ki, gördüyünüz bu binanın sakinləri bəlkə də, aylardır həyətə düşə bilmirlər. Hələ bu bir kənara qalsın. Onlar yaşadıqları mənzilin qapısını belə qorxaraq açırlar. Səbəbi isə nə birdir nə də iki.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, müsahiblərim deyir ki, bu binada nə axtarsan, taparsan. Müxtəlif növ gəmiricilər, saysız-hesabsız həşaratlar. Hə, onu da qeyd edək ki, bayaqdan söhbəti edilən bu bina Xırdalan şəhəri 28-ci məhəllə ünvanında yerləşir. Binanın sakinləri də deyir ki, binamız əvvəllər Xırdalanın ən gözoxşayan, təmiz, səliqəli binası idi. Amma son illərdə binamızın zirzəmisini birdən birə su basdı. Elə nə oldusa, ondan sonra oldu. Binada liftə minmək də bir az müşkül məsələdir. Yox, bu binada yaşayanların liftində problem yoxdur. Onların problemi ağcaqanadlarla bağlıdır. Sakinlər hətta dəfələrlə yaşadıqları binada öz hesablarına dezinfeksiya işləri belə aparıblar. Amma nə fayda.

Elə yeri gəlmişkən, belə bir deyim var. Özü kiçik olsa da, vızıltısı baş aparır. Gördüyümüz də odur ki, bu kiçik həşaratlar hazırda bina sakinlərinin həm başını ağrıdıb, həm də ayağa qaldırıb.

Ağcaqanadlar azmış kimi, gəmiricilər də bir tərəfdən sakinləri bezara gətirib. Hər gecə evdə tələ qurmaqdan təngə gəlib bu binada yaşayanlar. Bütün bunların qaynaqlanmasına səbəb isə bayaq da qeyd etdiyimiz kimi, bu başıbəlalı zirzəmidir. Zirzəmiyə də su hardan yığılır, hardan gəlir, bax bu sakinlərin özünə də indiyə qədər qaranlıq qalıb.

Qüdrət də elə bu binada doğulub, boya başa çatıb. Özü də vur tut 17-18 yaşı var. O yayın cırhacırında belə uzunqolda gəzməli olur. Utanır. Səbəb isə ağcaqanadların sancdığı qollarının vəziyyətidir.


Etiketlər:  Zirzəmisi ağcaqanadlara yuva olan bina VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ