Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

6 manatlıq yolu 100 avroya gedəcəyini bildirdi - Etiraz ediləndə 16 nəfərlə birləşib sərnişinləri döydü - FOTO

6 manatlıq yolu 100 avroya gedəcəyini bildirdi - Etiraz ediləndə 16 nəfərlə birləşib sərnişinləri döydü - FOTO

Tarix: 3 Sentyabr 2021 16:44

İstanbulda Taksimdən Beşiktaşa getmək istəyən bir qrup şəxsə taksi sürücüsü "almansan, 100 avro ver" deməsi kütləvi davaya çevrilib. Etiraz edən qrup 16 nəfər tərəfindən döyülüb.

Milli.Az milliyet-ə istinadən xəbər verir ki, normalda 30 TL olan yol üçün taksi sürücüsü fantastik məbləğ istəyib. "Taksi sürücüsünə "100 Avro 980 TL, al 100 TL" dedik. Taksi sürücüsü bizi düşürmək istədi. Düşməyəcəyik, bu sənin vəzifəndir' deyəndə bizi qorxutmaq üçün maşını sürətlə sürdü. Bu zaman o, bir avtomobilə çırpıldı və bizi söyməyə başladı. Sonra maşında üzümüzə bibər qazı səpdi. Taksidən düşdük. Bu zaman ətrafdakı satıcılar hadisə yerinə gəldi və bizi döyməyə başladılar. Almaniyadan olan bir dostumun burnu qırıldı. 16 nəfər bizi öldürməyə cəhd etdi. Polisə şikayət verdik" - deyə zərərçəkənlərdən biri bildirib.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  manatlıq yolu avroya gedəcəyini bildirdi Etiraz ediləndə nəfərlə birləşib sərnişinləri döydü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ