Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2021 19:14
Azərbaycanda dörd mərkəzi rayon xəstəxanası koronavirusla (COVID-19) mübarizə məqsədi ilə bağlanıb.
Sonxeber.net qaynarinfo-ya istinadən bildirir ki, hər dörd tibb mərkəzi COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.
Karantinə bağlanan xəstəxanalar bunlardır:
Masall rayon Mərkəzi Xəstəxanası
Cəlilabad rayon Mərkəzi Xəstəxanası
İmişli rayon Mərkəzi Xəstəxanası
Sabirabad rayon Mərkəzi Xəstəxanası
Artıq xəstəxanalarda bütün şöbələr COVID-19-la mübarizəyə quşulub. Xəstəxalara cənub və aran bölgəsində COVID-19-a yoluxan vətəndaşlar müalicə üçün gətirilir.
Hər dörd xəstəxana zəruri dərman vasitələri ilə təchiz olunub.