Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2021 18:08
Smartfonların səthində çoxlu sayda xəstəlkik yaradan bakteriyalar ola bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı həkim-infeksionist Natalya Oçinskaya Surreya Universitetinin təqdiqatlarının nəticələrinə əsaslanaraq deyib.
Araşdırmaçılar adi insanların smartfonlarından nümunələr götürüblər və sübut ediblər ki, aparatlar xəstəlik törədən bakteriyaların çoxalma yeridir.
"Araşdırmada 30 nəfərin telefonu yoxlanılıb. Məlum olub ki, bəzi hallarda smartfonun korpusunda tualetin kənarından 18 dəfə çox bakteriya ola bilər. Misal üçün, telefonda salmonella, bağırsaq çöpü və digər bakteriyalar ola bilər", - həkim bildirib.
Onun sözlərinə görə, bu bakteriyalar dəri və bağısaq infeksiyası, pnevmoniya və meningit kimi ciddi xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Həkim bildirib ki, gün ərzində bir neçə dəfə telefonun səthi təmizlənməlidir.