Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2021 19:06
Qvineyada hakimiyyət dəyişib, dövlət çevrilişi olub.
Sonxeber.net Jeune Afrique-ə istinadən bildirir ki, paytaxt Konakrinin küçələri bütünlüklə hərbçilərin nəzarətindədir. Xüsusi təyinatlılar şəhərin Sekutureyi səmtindəki prezident iqamətgahını ələ keçiriblər, prezident Alfa Kondeni həbs ediblər.
Dövlət çevrilişinə GPS adlı xüsusi təyinatlı qüvvələrin komandiri polkovnik Mamadi Dumbuya rəhbərlik edir.
O, GPS-ə əlavə səlahiyyətlərin verilməsini və Çinin ölkədəki mövqelərinin ifrat dərəcədə möhkəmlənməsinə son qoyulmasını tələb edirdi.
2010-cu ildə hakimiyyətə gəlmiş 83 yaşlı prezident Alfa Konde 2020-cü ildə Konstitusiyaya dəyişikliklərdən sonra üçüncü dəfə postunda qalıb.
Qiyamçıların lideri polkovnik Mamadi Dumbuya isə mövcud Konstitusiyanın ləğv olunduğunu, ölkə sərhədlərinin bağlandığını bəyan edib.
Çin 2017-ci ildə Qvineyaya ölkədəki boksit yataqlarının istismar hüqununun əvəzində 20 milyard dollar kredit vermişdi.
Çinin bu ölkəyə yatırdığı sərmayənin məbləği 45 milyard dollara çatır.