Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2021 22:28
Əfqanıstanın Pəncşir vilayətinə sığınan müqavimət qüvvələrinin lideri Əhməd Şah Məsud "Taliban" hərəkatı ilə danışıqlara hazır olduğunu bildirib.
Sonxeber.net modern.az-a istinadən bildirir ki, bu barədə Məsud özünün "Facebook" səhifəsində yazıb.
O, din alimlərinin döyüşləri dayandırmaq təklifini alqışlayıb.
"Müqavimət qüvvələri prinsipcə mövcud problemləri həll etməyə, döyüşlərə dərhal son qoymağa və danışıqları davam etdirməyə razıdır", - deyə Məsud qeyd edib.
Bundan əvvəl Əfqanıstan mətbuatı bildirmişdi ki, din xadimləri döyüşlərə son qoymaq üçün müqavimət qüvvələri ilə "Taliban"ı danışıqlara çağırmışdı.