Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 16:52
Qəbələ sakini Səyavuş Həmidov əsl təbiət vurğunudur. İstəyir ki, təbiətdə hər yerdə gül-çiçək çox olsun. Nəsli kəsilməkdə olan bitkilərin, unudulmuş meyvə sortlarının bərpası və yayılması isə onun xüsusi diqqət mərkəzindədir. Səyavuş Həmidov bu məqsədlə vəhşi təbiətdə bitkilərin artırılması üçün təşkilatçılıq edir.
Müxtəlif gül və digər bitkilərin toxumları...
Əksəriyyəti yox olmaq təhlükəsi olan bu bitki toxumları yenidən səpilərək çoxaldılır...
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Qəbələ sakini Səyavuş Həmidov bu işləri könüllü edir. O, cürbəcür gül toxumlarını hazırlayır və onları vəhşi təbiətdə əkir. Hətta dağ zirvələri kimi əlçatmaz yerlərə gedən dostlarından da xahiş edir ki, onun bu təşəbbüsünə qoşulsunlar. Sonuncu dəfə Səyavuş Həmidovun təşəbbüsü ilə Bazardüzü yüksəkliyinin ətəklərinə boymadərən toxumları səpilib.
Səyavuş Həmidov həm də bu gün unudulmaqda olan bir sıra meyvə sortlarının artırılması üçün də əməli işlər görür. Hər il yüzlərlə kişmiş üzümü, yerli armud sortları və nadir gül tinglərini yetişdirib insanlara pulsuz paylayır.
Səyavuş Həmidov onun bu təşəbbüsünə qoşulmaq istəyənlərə də dəstək ola biləcəyini deyir.