Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş nazirin müavini olmuş xalq yazıçısı necə dolanır? - UNUDULAN MƏMURLAR

Baş nazirin müavini olmuş xalq yazıçısı necə dolanır? - UNUDULAN MƏMURLAR

Tarix: 6 Sentyabr 2021 20:36

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi...

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. İndi də iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Sonxeber.net xəbər verir ki, lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə baş nazirin sabiq müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı Elçin Əfəndiyevdən bəhs edəcəyik.

Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Elçin Əfəndiyev Bakı Dövlət Universitetinin filologiya fakültəsini, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturanı bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. "Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub.

Əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib. Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1993-2018-ci illər ərzində Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışıb.

25 il baş nazirin müavini vəzifəsində çalışan Elçin Əfəndiyev, hazırda yaradıcılıqla məşğuldu, 3500 manat təqaüd alır.


Etiketlər:  Baş nazirin müavini olmuş xalq yazıçısı necə dolanır UNUDULAN MƏMURLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ