Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Professor üçüncü dozanın effektivlik göstəricilərini açıqladı

Professor üçüncü dozanın effektivlik göstəricilərini açıqladı

Tarix: 6 Sentyabr 2021 22:45

"BioNTech"in həmtəsisçisi və baş direktoru professor Uğur Şahin, Modena Universitetinin immunologiya professoru, Stanford Universitetinin professoru Mark Davis vaksinlə bağlı keçirilən onlayn konfransa qatılıb.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Uğur Şahin konfransda yeni növ koronavirus ştammlarına qarşı hazırladıqları mRNA vaksininin laboratoriya nəticələri haqqında danışıb. Tədqiqatlarda fərqli üsulları sınaqdan keçirdiklərini və lazımi konsepsiyaya nail olduqlarını bildirib:

"2020-ci ildəki vəziyyətlə üz-üzə qalmaq bizə bu texnologiyaları inkişaf etdirməyə kömək etdi. Virusdan qorunmaq üçün genetik məlumatlardan istifadə edirik. 20-dən çox neyrogeni test etdik və hansı peyvəndin ən uyğun olduğunu araşdırdıq. Daha yaxşı reseptor bağlama yeri və ya tam sünbül zülalının ən uyğun peyvənd olduğunu gördük.

2019-cu ildə peyvənd istehsalımız 10 min idi. Ortağımız "Pfizer" ilə ilin sonuna qədər 1 trilyon dozadan çox peyvənd istehsal edəcəyik. Bu, çox böyük bir artımdır.

Ştammların zərərsizləşdirilməsini mütəmadi olaraq təhlil edirik. "Delta" variantına qarşı qorunma antikor titrləri azalır. Amma hələ də xəstəliklərə qarşı güclü qorumamız var. Üçüncü dozadan sonra daha yüksək antikor titrləri meydana gəlir. Araşdırmalar göstərir ki, 3-cü dozada 95-97 faizi tam qorunma təmin edir". (publika.az)


Etiketlər:  Professor üçüncü dozanın effektivlik göstəricilərini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ