Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2019 20:28
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Linfild” yerli çempionatda növbəti oyununa çıxıb.
Qol.az xəbər verir ki, Şimali İrlandiya Premyer Liqasının 3-cü turunda “Kolreyn”i qəbul edən komanda 2:4 hesabı ilə uduzub.
“Linfild”in heyətində Joe Koper (65) və Şayne Laveri (72) fərqlənib. Rayan Makgivern isə 78-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
“Linfild” hazırda 3 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” avqustun 22-də “Vindsor Park”da “Linfild”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Komandaların avqustun 29-da Bakıdakı matçı isə saat 20:00-da start götürəcək.