Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2021 08:40
Meksikanın Sonora ştatında cinayətkar qrupun üzvü olduğu ehtimal edilən 4 nəfər atışma zamanı ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, silahlı insidentdə polis əməkdaşları da iştirak edib.
"Sonoranın şimalında əməliyyat davam edir, qırmızı kod tətbiq edilib. Təhlükəsizlik qüvvələri yerli cinayətkar qruplaşmaya qarşı müqaviməti gücləndirib", - deyə ştatın İctimai Təhlükəsizlik Nazirliyindən bildirilib.
İlkin məlumatlara görə, iki hüquq-mühafizə orqanı əməkdaşı hadisə zamanı güllə yarası alıb.