Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2021 08:44
Boliviyanın mərkəzi hissəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 21 nəfər həlak olub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə ölkənin prezidenti Luis Arse bildirib.
"Biz kədərli xəbər aldıq ki, Koçabamba departamentində, Moroçatoy yaxınlığında avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 21 insan həlak olub, 12 nəfər xəsarət alıb. Həlak olanların ailələrinə başsağlığımızı ifadə edirik", - deyə o, özünün tvitterdəki hesabında yazıb.
"Unitel" telekanalı bildirib ki, Kilyakolyo şəhəri istiqamətində hərəkət edən avtobus 200 metrlik hündürlükdən aşıb. Sərnişin avtobusunun xəstəxanada müalicə edilən sürücüsünün sözlərinə görə, o, nəqliyyat vasitəsinin digər avtomobillə toqquşmaması üçün qəfil əyləci basıb. Bundan sonra avtobusa idarəetməni itirib.