Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ŞOK OLAY - Qarnında unudulan tampon 8 ay sonra çıxarıldı - VİDEO

Azərbaycanda ŞOK OLAY - Qarnında unudulan tampon 8 ay sonra çıxarıldı - VİDEO

Tarix: 7 Sentyabr 2021 11:08

Yenə həkim məsuliyyətsizliyi,yenə  bundan əziyyət çəkən xəstə. 65 yaşlı Şirvan sakini əməliyyat olunduqdan sonra tədricənvəziyyəti ağırlaşıb. 8 ay ağrılardan sonra yenidən əmliyyat olunan xəstənin qarnından  unudulan, çürümüş tənzif aşkar edilərək çıxarılıb. 

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Vətəndaşın qarnından 8 ay əvvəl əməliyyat zamanı unudulan tampon aşkar edilərək götürülüb. Hadisə Şirvan sakini, 65 yaşlı Alim  Zülfüqarovun başına gəlib.

İlk əvvəl səhhətində problem yaşamayan pasiyentin daha sonra vəziyyəti ağırlaşıb. O, bununla bağlı əməliyyatı aparan həkim İlqar Mirzəyevə müraciət etsə də, həkim bu ağrıların normal hal olduğunu bildirərək müəyyən müddətdən sonra azalacağını deyib. Lakin həkimin dediyinin əksinə olaraq ağrılar şiddətlənməyə başlayıb. O, bu il avqustun 10-da Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yenidən əməliyyat olunub. Xəstənin qarnından 8 ay əvvəl Şirvan Müalicə Diaqnostika Mərkəzində əməliyyat zamanı unudulan çürümüş tənzif aşkar edilərək çıxarılıb. 

Bundan sonra onlar həkim İlqar Mirzəyevlə əlaqə saxlayaraq baş verənləri ona desələr də, o bunu normal qəbul edərək cərrahi müdaxilələr zamanı belə halların tez-tez baş vermə ehtimalının olduğunu bildirb. Zərərçəkmiş ailə onlara dəymiş maddi və mənəvi təzminatın ödənilməsi üçün həkim İlqar Mirzəyev barəsində Şirvan Şəhər Prokurorluğuna müraciət ediblər. Hazırda Şirvan Prokurorluğunda İlqar Mirzəyev barəsində cinayyət isi açılaraq müvafiq istintaq tədbirləri aparılır. Qeyd edək ki, Alim Zülfüqarov 44 günlük Vətən Müharibəsinin şəhidi, XTQ zabiti Zeynal Zülfüqarlının atasıdır.


Etiketlər:  Azərbaycanda ŞOK OLAY Qarnında unudulan tampon sonra çıxarıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ