Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2021 15:02
"Qarabağ"ın futbolçusu Kevin Medina DÇ-2022-nin seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan - Portuqaliya matçı haqqında danışıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi rr.sapo.pt-ya açıqlamasında deyib:
"Azərbaycanlılar Kriştiano Ronaldonun bu matçda meydanda olacağını gözləyirdi. Ronaldo olmasa da, Portuqaliyanın başqa istedadlı oyunçuları var. Bruno Fernandeşi isə həmişə çox bəyənmişəm. Diequ Jota kimi bir neçə ulduz oyunçu da qarşılaşmaya təsir edə bilir. Portuqaliyada çox yüksək səviyyəli futbolçular var. Mən ikisi haqqında danışdım, amma qapıçı da daxil olmaqla digər 9 nəfəri də qeyd edə bilərəm. Ehtiyat oyunçuları da yaxşıdır, çünki meydana kim girsə, eyni səviyyədə iş görəcək. Azərbaycan yığmasının isə artıq ölkənin Türkiyə və Polşa kimi keyfiyyətli çempionatlarda çıxış edən futbolçuları mövcuddur.
Yığmada bir neçə yaxşı oyunçu da var. Qapıçı Şahruddin Məhəmmədəliyev, yarımmüdafiəçilər Emin Mahmudovla Qara Qarayev və hücumçu Mahir Emrelinin adını çəkə bilərəm. Onlar Portuqaliya üçün təhlükə yarada bilərlər". Qeyd edək ki, Azərbaycan-Portuqaliya oyunu saat 20:00-da start götürəcək.