Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Gələcəyimiz yoxdur - həyatımızdan bezmişik'' - Ermənilər ağı deyir

''Gələcəyimiz yoxdur - həyatımızdan bezmişik'' - Ermənilər ağı deyir

Tarix: 8 Sentyabr 2021 10:32

İkinci Qarabağ müharibəsi tək məğlubedilməz erməni mifini dağıtmadı, erməni ideologiyasını, bütövlükdə cəmiyyəti xaos vəziyyətinə gətirdi, pessimizmə qapatdı. Bir ildir ki, cəmiyyət xaotik vəziyyətdən çıxa bilmir. Media və cəmiyyətdə yaranmış acınacaqlı duruma da mütəmadi yer verilir. Ermənistan və bütün erməniçiliyin böhran vəziyyətində olduğu, insanların yorulduğu, pessimizm əhval-ruhiyyəsinin pik həddə çatdığı vurğulanır. Xalq ümidlə ikinci nəfəsə ehtiyac duyur. Vəziyyətdən çıxış yolunun qüdrətli bir milli ideyada olduğu irəli sürülür. Lakin görünən odur ki, respublikanın müstəqil siyasi aktyor olmaq imkanları yoxdur.

Ermənistanın məşhur blogerlərindən birinin ifadə etdiyi kimi, ölkə həddən artıq zəifdir. İdeologiyaya əsaslanan müstəqil və güclü fundament qoyulması mümkünsüzdür, yaxud ehtimalı çox azdır. Bəllidir ki, SSRİ-nin süqutundan sonra Birinci Qarabağ müharibəsində müvəqqəti uğurundan sonra Ermənistan islam dünyasından izolə edilmiş vəziyyətə düşdü. Ölkə Qərb və Rusiya arasında balanslaşma apararaq güclü regional oyunçuya çevrilmək şansına malik idi. Lakin bir çox faktorlar, o cümlədən ideologiyanın olmaması öz işini gördü - Ermənistan yerində addımlamağa başladı. Əvəzində Azərbaycan aktiv şəkildə inkişaf etməyə başladı, ermənifobiya ideyasını və Qarabağın geri qaytarılmasını dövlət səviyyəsində reallaşdırmağa başladı.

Ən əla bir nümunə - ideologiyasız yerində addımlayan Ermənistan və milli ideologiya ilə inkişaf edən Azərbaycan. Bəli, ermənifobiya ideologiyası uzun və əbədi ola bilməzdi, lakin Bakı konkret məqsəd və hədəfə malik idi. Və bu yolla uğurla hərəkət etdi. İkinci Qarabağ müharibəsində əldə olunan qələbə də bunun nəticəsidir. Müharibədə məğlubiyyət belə götürəndə Ermənistanda milli ideologiyanın formalaşmasında qüdrətli stimul olmalı idi. Lakin belə olmadı. Müharibədə məğlub olan Nikol Paşinyan növbədənkənar seçkiləri udmaqla ermənilərin yorulduğu ideyasını təsdiq etdi. Bütün müxalifət Nikolun satqınlığı barədə səs-küy qaldıraraq, fəaliyyət göstərdikləri imitasiyasını yaratmağa çalışdılar. Lakin onlardan heç biri yeni ideya ortaya qoya bilmədil - insanlar 2018-ci il vəziyyətinə salındılar. Yəni "Serjdən başqa hamı yaxşıdır" şüarı.

Sonda onu qeyd etmək yerinə düşər ki, erməni xalqı hələ də onu xilas edəcək bir ideya ortaya qoymalıdır. Əks təqdirdə, gələcək nəsli Ermənistan barəsində dərsliklərdən tanış olmalı olacaq.

Kamran Seyidov


Etiketlər:  Gələcəyimiz yoxdur həyatımızdan bezmişik Ermənilər ağı deyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ