Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 12:38
19 gün əvvəl Muğlada "bazara gedirəm" deyərək evdən çıxan və bir daha heç bir xəbər çıxmayan 17 yaşlı qız sevgilisinin evinin kömür qutusunda tapılıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, qızın valideynləri sevgilisi S.Ö.-dən polisə şikayət ərizəsi yazıblar. İfadəsi alınan gənc sevgilisinin harada olduğunu bilmədiyini söylədikdən sonra sərbəst buraxılıb. Lakin polis araşdırmadan sonra qızın oğlanla bir neçə dəfə telefonla danışdığını müəyyən edib. Bu səbəbən də oğlan yenidən nəzarətə alınıb.
Ziddiyyətli ifadələr verən S.Ö. qızın ona məxsus bağ evində olduğunu deyib. Oğlanın atası və anası da saxlanılıb. Kömür bunkerindən çıxarılan qız başına gələnləri danışıb.
Kamran Seyidov