Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 22:16
Eramızdan əvvəl 331-ci ildə Makedoniyalı İsgəndər tərəfindən yaradılan və az sonra ətrafında böyük şəhər salınan İsgəndəriyyə limanında yenidənqurma işləri aparılacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Misir Prezidenti Əbdülfəttah əl-Sisi limanda aparılacaq işlərin planı ilə tanış olub. O bildirib ki, qədim İsgəndəriyyə limanının ərazisi daha da genişləndiriləcək və evləri söküləcək vətəndaşlara kompensasiya ödəniləcək. Xarici investorları da Qırmızı və Aralıq dənizini birləşdirəcək İsgəndəriyyə, Damietta və Ayn Soxna limanlarının yenidən qurulmasında fəal iştiraka dəvət edən Misirin dövlət başçısı deyib ki, hökumət rekonstruksiya işlərinə böyük həcmdə maliyyə vəsaiti ayıracaq.
Misir Prezidenti İsgəndəriyyə limanının tarixini əks etdirən qədim muzeydə eksponatlarla da tanış olub, limandan ölkənin müxtəlif yerlərinə gedəcək yeni sürət qatarlarının təqdimatında iştirak edib.