Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yeni Klinika”: Yaqub Zurufçunun vəziyyəti çox ağırdır - YENİLƏNİB

“Yeni Klinika”: Yaqub Zurufçunun vəziyyəti çox ağırdır - YENİLƏNİB

Tarix: 9 Sentyabr 2021 14:24

14:22

Müğənni Yaqub Zurufçunun vəziyyəti ağırdır.

Bu barədə APA-ya koronavirusa yoluxmuş müğənninin müalicə olunduğu "Yeni Klinika"dan məlumat verilib.

Klinikadan bildirilib ki, müvafiq zəruri tədbirlər görülməsinə baxmayaraq, xəstənin vəziyyəti çox ağırdır.

Qeyd edək ki, müğənni Yaqub Zurufçu koronavirusa yoluxaraq "Yeni Klinika"ya yerləşdirilib.

Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu APA-ya açıqlamasında bildirib ki, hazırda reanimasiya şöbəsində olan müğənninin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

A. Zurufçunun sözlərinə görə, Prezidentin köməkçisi Anar Ələkbərov da məsələni diqqətdə saxlayır, onlarla mütəmadi danışır.

---------

12:46

Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib.

Sonxeber.net bildirir ki, bu barədə Publika.az-a müğənninin həyat yoldaşı Aynur Zurufçu məlumat verib. O bildirib ki, sənətçi bir həftə əvvəl COVID-19-a yoluxub:

"Yeni Klinikaya köçürülüb. Yaqub müəllimin vəziyyəti ağırlaşıb. Millət vəkili Qənirə Paşayeva mütəmadi olaraq zəng vurub əlaqə saxlayır. Məsələ Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətinə götürülüb. Prezidentin köməkçisi Anar Ələkbərovla danışdım. Dedi ki, nə lazımdırsa, dövlət səviyyəsində həll ediləcək. Hər şey olunur. Amma vəziyyəti çox ağırdır".

Aynur Zurufçunun sözlərinə görə, 65 yaşlı Əməkdar artist dünən intensiv şöbəyə köçürülüb:

"Mən də yanında idim, hər şeyə nəzarət edirdim. Hər şey birdən-birə oldu. Vəziyyəti birdən ağırlaşdı. Özü də diqqətli insandır. Analiz verdi, cavabı çıxan günün sabahı xəstəxanaya yerləşdi. Bir həftə palatada qalıb. Dünən intensiv şöbəyə köçürülüb. Orada vəziyyəti ağırlaşıb və reanimasiyaya yerləşdirilib. Dünən gecədən reanimasiyadadır. İntensiv şöbədə yanında idim. Həkimlərlə danışdım, koronavirus elə bir xəstəlikdir ki, ABŞ-da da, burada da müalicəsi eynidir. Sadəcə deyirlər ki, ürəyi zəifdir. İynələrə ürəyi tab gətirsə, bəlkə sağala bilər".


Etiketlər:  Yeni Klinika Yaqub Zurufçunun vəziyyəti çox ağırdır YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ