Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2019 15:20
“Futbol çox ciddi bir işdir. Amma mən indi bu işimi dayandırmışam. Bununla belə futbol üçün darıxıram”.
Qol.az xəbər verir ki, bu sözləri “Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo “Sky Sports”a bildirib. Canlı yayımda çıxışı onun gözl’ri dolubb. İngiltərə Premyer Liqasının oyunlarının təhlili üçün ekspert qismində çağırılan portuqaliyalı mütəxəssis aparıcının ona keçmişdə olan nailiyyətləri haqda sualına cavabı zamanı kədərlənib: “Mən futbol və meydandakı adrenalin üçün çox darıxmışam. Futbol elə futboldur”.
O, hazırda alman dilini öyrəndiyini də vurğulayıb: “İndi almanca öyrənirəm. Mən ingilis, ispan, portəgiz, fransız və italyanca danışa bilsəm də, almanca bilmirdim”.