Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün Ramiz Göyüşovun YAP-dan çıxarılması məsələsinə baxılacaq

Bu gün Ramiz Göyüşovun YAP-dan çıxarılması məsələsinə baxılacaq

Tarix: 10 Sentyabr 2021 08:18

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətində partiyanın Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun partiyada qalıb-qalmayacağı məsələsinə baxılacaq.

Sonxeber.net xəbər verir ki, partiyadan bildirilib ki, R.Göyüşovun əxlaqi normalara sığmayan videogörüntüləri böyük partiya tərəfindən hiddətlə qınanılır. İdarə Heyətinin iclasında R.Göyüşovun partiya sıralarından uzaqlaşdırılması əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə intim görüntüləri yayılıb. Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilmişdi.


Etiketlər:  gün Ramiz Göyüşovun çıxarılması məsələsinə baxılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ