Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı blogger Moskvada həbslə hədələndi

Azərbaycanlı blogger Moskvada həbslə hədələndi

Tarix: 10 Sentyabr 2021 12:44

Moskva polisi tibbi müayinədən keçməkdən imtina etdiyi üçün sürücülük vəsiqəsindən məhrum edilmiş blogger Hüseyn Həsənovun avtomobilini saxlayıb.

Milli.Az lent.az-a istinadla bildirir ki, sentyabrın 9-da Həsənovun qırmızı rəngli "Rolls-Royce" avtomobili paytaxtın Zubovski bulvarında dayandırılıb. Jurnalistlərin dediyinə görə, hadisədən bir müddət əvvəl rusiyalı blogger "Instagram" səhifəsində avtomobilinin sürücü kreslosundan çıxarılan hekayələr dərc edib.

Əgər Həsənov həqiqətən sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşibsə, ona sanksiyalar tətbiq ediləcək. Rusiya qanunlarına görə, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün 30 min rubla qədər cərimə və ya 15 günə qədər inzibati həbs cəzası gözləyir.

Həsənovu iyulun 7-də polislər Moskva yollarından birində saxlayıb. Yol polisinin əməkdaşları onun içkili olub-olmadığını yoxlamaq üçün tibbi yoxlamadan keçməsini təklif ediblər. Həsənov proseduru yerinə yetirməkdən imtina edib: bu qərarı il yarım müddətinə sürücülük vəsiqəsindən məhrum edilməsi ilə nəticələnib.

Milli.Az


Etiketlər:  Azərbaycanlı blogger Moskvada həbslə hədələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ